Almaniyada Şimal-Şərq Regional Liqasında 12-ci tura start verilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Dinamo"(Berlin) evdə "Viktoriya 1889"la heç-heçə edib - 3:3.
Bu matçda fərqlənən Dadaşov komandasının ilk qolunu 32-ci dəqiqədə vurub. Həmin qol Rüfətin cari mövsümdə vurduğu 12-ci qol kimi tarixə keçib. O, hazırda bombardirlər siyahısına liderlik edir.
Hazırda "Dinamo" 25 xalla liderdir.
saytlarin hazirlanmasi