"Qarabağ"ın "Bayer"ə uduzmasına normal baxıram. Çünki hər oyunda qalib gələcəksən deyə, bir şey yoxdur. Rəqibi də unutmayaq. Bundesliqadakı tabloya baxsaq, hər şey açıq-aydın görünür. Məğlubiyyətin səbəbinə gəlincə, "Bayer" dəhşətli futbol oynadı. Dinamika yüksək idi, hətta cərimə zərbələrini belə, dərhal başlayırdılar. Bir də Virts amilini qeyd etməliyik. O, gələcəyin ulduzudur. Hər şeyi həll etdi. Ən gözəl sözlərə layiqdir".
Bu sözləri Sportal.az saytına açıqlamasında Elvin Məmmədov deyib.
Ağdam klubunun keçmiş futbolçu Azərbaycan çempionunun Avropa Liqasında üçüncü turun "Bayer"lə (5:1) görüşü haqda fikirlərini bildirib.
O, təmsilçilərimizin avrokuboklarda "böyük beşlik"dən olan klublara qalib gələ bilməməsini də şərh edib:
"Almaniya futbolunun səviyyəsi göz qabağındadır. Düzdür, “Qarabağ”dan hər şey gözləyirik. Onlar da hər şeyin öhdəsindən gəlir. Amma unutmayaq ki, Almaniya Liqasının təmsilçisisi, bizdən qat-qat güclüdür, “Bayer” də hər gün artıran komandadır. Bu məğlubiyyətin “Qarabağ”a çətinlik yaradacağını düşünmürəm. “Qarabağ” və Qurban Qurbanov bunun öhdəsindən gələcək. O, dəfələrlə deyib ki, böyük komadalarla oynayıb daha da böyüyəcəyik. Analiz edib ən yaxşısını tapacaqlar. “Böyük beşlik” komandalarını udmaq tezdir. Azərbaycan futbolu göz qabağındadır. Ən birincisi çempionatı səviyyəsi qaxlmalı, "Qarabağ" kimi üç komandamız olmalıdır ki, top-5 liqalarının təmsilçilərini uda bilək. “Qarabağ” ən yaxşısını edir və inanıram ki, edəcək də".
Mirbağırağa