"Zenit", "Çelsi" və "Tottenhem"in sabiq baş məşqçisi Andre Villaş-Boaş "Porto"nun prezidenti postuna namizədliyini irəli sürüb.
Sportal.az "Record"a istinadən xəbər verir ki, klub prezidenti seçkiləri 2024-cü ilin aprelində keçiriləcək.
46 yaşlı mütəxəssisin futbolçu karyerası olmayıb.
O, 2009-cu ildə “Akademika de Koimbra”da məşqçiliyə başlayıb. Karyerası ərzində isə “Porto”, “Çelsi”, “Tottenhem”, “Zenit”, “Şanxay SİPG” və “Marsel klublarında işləyib.