“Araz-Naxçıvan”ın futbolçusu Nuno Rodriqes Premyer Liqadakı digər klubların diqqət mərkəzinə düşüb.
Sportal.az saytına verilən məlumata görə, portuqaliyalı yarımmüdafiəçi ölkə çempionatının üst pillələrində qərarlaşan komandaların transfer siyahısında yer alıb.
Amma Naxçıvan təmsilçisi 28 yaşlı oyunçunu komandada saxlamaq niyyətindədir. Bunun üçün onunla müqavlə müddətini artırmağı planlaşdırırlar. Adıçəkilən futbolçu Azərbaycana gələnə qədər “Qafanya”, “Mafra”, “Aruka”, “Vilafrankese”, “Sportinq Kovilya” klublarında çıxış edib.
Rodriqes yayda komandaya qoşulsa da, artıq aparıcı futbolçulardan birinə çevrilib. Portuqaliyalının da Naxçıvan klubunda qalmaq istədiyi bildirilir.