"Barselona"nın yarımmüdafiəçisi Qavi "El-Klassiko"dan əvvəl "Real"ın (Madrid) futbolçuları Cud Bellinqem və Orelyen Tçuameni haqqında fikirlərini bölüşüb.
Sportal.az "Football Espana"ya istinadən xəbər verir ki, Kataloniya klubunun üzvü hər iki oyunçu barədə bunları deyib:
"Mən Bellinqemi “Borussiya”dakı çıxışlarından artıq tanıyırdım. İndi isə “Real”da öz səviyyəsini göstərir. Lakin onların da bir çox digər keyfiyyətli oyunçuları var və biz təkcə Bellinqemə deyil, bütün komandaya diqqət yetiririk. Orelyeni də bəyənirəm. O, yüksək səviyyəli futbolçudur”.
Xatırladaq ki, "Barselona" İspaniya Primerasının 11-ci turunun matçında "Real”la Qarşılaşma Barselonadakı “Olympic Lewis Companies” stadionunda baş tutacaq. Hakimin start fiti saat 17:15-də səslənəcək.
saytlarin hazirlanmasi