"Son turda "Qəbələ" üzərində layiqli qələbə qazandıq. Rəqibimiz çox yaxşı komandadır. Sadəcə onların durumu yaxşı deyildi. Yoxsa, həqiqətən də zəif olmayan rəqibə qarşı oynadıq. Şadam ki, bu matçda qol vurmaq imkanı düşdü və bundan yararlandım”.
Bu sözləri Sportal.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın hücumçusu Elvis Maşike deyib.
Naxçıvan klubunun konqolu forvardı Premyer Liqanın 11-ci turunun “Qarabağ”la görüşündən gözləntilərilərini söyləyib:
"Qarabağ"la oyuna hazırlaşırıq. Məncə, biz Azərbaycanın ən yaxşı komandasından bəhs edirik. Yaxşı motivasiyamız var və bütün görüşlər üçün əlimizdən gələni edəcəyik. “Qarabağ”la oyunu səbirsizliklə gözləyirik".
Qeyd edək ki, "Araz-Naxçıvan" Premyer Liqanın 11-ci turunda "Qarabağ"ı qəbul edəcək. Görüş oktyabrın 30-da keçiriləcək və saat 19:00-da başlayacaq.
Qeyd edək ki, "Araz-Naxçıvan" Premyer Liqanın 11-ci turunda "Qarabağ"ı qəbul edəcək. Görüş oktyabrın 30-da keçiriləcək və saat 19:00-da başlayacaq.
saytlarin hazirlanmasi