"Mançester Siti"nin keçmiş yarımmüdafiəçisi Şon Rayt-Filips Premyer Liqada “şəhərlilər”lə “Mançester Yunayted” arasında keçiriləcək matçla bağlı gözləntilərini bölüşüb.
Sportal.az xəbər verir ki, "Daily Star"a açıqlama verən veteran futbolçu bunları deyib:
"Mançester derbisini proqnozlaşdırmaq həmişə çətindir. Bu matçda komandaların hazırkı formasının əhəmiyyəti rol oynamır. Son üç-dörd ildə derbi rəqabəti tədricən öz cəsarətli və aqressiv xarakterinə qayıdıb. Əvvəllər komandalarda çoxlu yeni oyunçular olduğundan, deyəsən, bunu başa düşmürdülər. Məncə, “Mançester Siti” qələbə qazanacaq. Amma mən “Mançester Yunayted”in son vaxtlardakı kimi zəif oynayacağını düşünmürəm. İstənilən halda, "şəhərlilər"in 3:1 qalib gələcəyini fikirləşirəm".
Mançester derbisi sabah keçiriləcək və Bakı vaxtı ilə 19:30-da başlayacaq.
Qeyd edək ki, 42 yaşlı veteran futbolçu 1999-2005 və 2008-2011-ci illərdə "Mançester Siti"də çıxış edib.
saytlarin hazirlanmasi