“Bavariya”nın hücumçusu Tomas Müller Bundesliqanın 9-cu turunun "Darmştadt"la görüşündə (8:0) komandasının qollarından birini vurub.
Sportal.az "Opta"ya istinadən xəbər verir ki, təcrübəli forvard Münhen klubunun tarixində Bundesliqada 15 mövsümdə qol vuran ilk oyunçu kimi tarixə keçib.
34 yaşlı futbolçu 2008-ci ildən “Bavariya”nın əsas komandasında çıxış edir.
O, geridə qalan illərdə 450 matça çıxıb və 145 qol vurub.
saytlarin hazirlanmasi