Meksika millisinin sabiq forvardı Xavyer Hernandes müqaviləsi başa çatdıqdan sonra ABŞ-nin "Los Anceles Qalaksi" klubunu tərk edəcək.
Sportal.az xəbər verir ki, tanınmış forvard “Fox Sports”a açıqlamasında bu cür danışıb:
"Hansı komandada oynayacağımı yaxın vaxtlarda görəcəyik. Amma əminəm ki, növbəti ildə də oynayacam. Bərpa prosesi çox yaxşı gedir. İki-üç aydan sonra yenidən meydanda olacam".
Meksikalı futbolçu bu yay çarpaz bağından zədələnərək əməliyyat edilmişdi. Onun hazırkı klubu ilə müqaviləsi 2023-cü ilin dekabr ayına qədərdir. Onun xidmətində “Monterrey” və “Qvadalaxara” klubları da maraqlıdır. Bu mövsüm Xavyer bütün turnirlərdə 12 oyun keçirib, burada bir qol və bir məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi