Bu gün Tayland liqasında 9-cu turun növbəti matçları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin forvardı Ramil Şeydayevin formasını geyindiyi Buriram Yunayted” doğma meydanda “Patum Yunayted”lə qarşılaşıb.
Görüş heç-heçə başa çatıb - 0:0. Şeydayev meydana start heyətində çıxıb və bütün oyunu oynayıb.
O, 82-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. “Buriram Yunayted” səkkiz turdan sonra 16 xalla 4-cü pillədədir.
saytlarin hazirlanmasi