"Bu klub onlar üçün əsl qəbiristanlığa çevrilib"

09:34 - 30 Oktyabr 2023

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Harri Nevill “qırmızı şeytanlar”ın son dönəmlərdəki böhranının səbəblərindən danışıb.

Sportal.az xəbər verir ki, “sky sports”a danışan ingilis veteran həmçinin komandanın baş məşqçisi Erik ten Haqın işini dəyərləndirib:

“Son bir neçə həftədə komandanın performansı çox pis idi. Hazırda onların bu vəziyyətdən nə vaxt çıxacaqlarını dəqiq təsəvvür edə bilmirəm. Məşqçi dəyişikliyi? Qətiyyən şans yoxdur, bu yanlışdır. Hər bir məşqçi müəyyən səviyyəyə çatır və sonra enişə gedir. Eyni şey Erik ten Haqla gözümüzün önündə baş verir.Təsəvvür edin ki, siz həm biznesdə, həm də futbol klubunda işləyirsiniz. “Mançester Yunayted”in həmsahibi Cim Retkliff bütün futbol departamentini məhv edəcək.Erik ten Haq ətrafında hər şey zərərlidir və mənfiliklərlə doludur. Hamısı işlərini itirəcəklərini düşünürlər və siz nə baş verdiyini təsəvvür edə bilərsiniz.Harri Maquayr “Mançester Siti”yə keçmək üzrə idi. Meyson Mount “Liverpul”a razılıq vermişdi. Hər ikisi sonda seçimini “Mançester Yunayted”dən yana edir və bu klub onlar üçün əsl qəbiristanlığıa çevrilib. Sinifdəki uşaqları, yoxsa məktəb direktorunu günahlandırmağa davam edəcəyik?".

Xatırladaq ki, “Mançester Yunayted” səfərdə “Mançester Siti”yə 0:3 hesabı ilə məğlub olub. "Mankunianlar" Premyer Liqada səkkizinci pillədə qərarlaşıb.

Xəbər xətti