Minifutbol üzrə Azərbaycan milli komandası BƏƏ-nin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti qələbəsini qazanıb.
Sportal.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Misirlə qarşılaşıb.
Görüş millimizin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qolları Rəvan Kərimov (2), Seymur Məmmədov və Təmkin Xəlilzadə vurublar.
Aktivindəki xallarının sayını 6-ya çatdıran yığmamız qrup birinciliyini təmin edərək 1/8 finala vəsiqə qazanıb.
Azərbaycan millisi qrupdakı sonuncu görüşünü oktyabrın 31-də Küveytə qarşı keçirəcək.
saytlarin hazirlanmasi