"Mançester Siti" mövsümün ən yaxşı oyununu oynadı"

13:18 - 30 Oktyabr 2023

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqasının 10-cu turunda "Mançester Yunayted" üzərində qazanılan qələbəni (3:0) şərh edib.

Sportal.az xəbər verir ki, bu matçda dublla yadda qalan norveçli “BBC”ə açıqlamasında oyunla bağlı fikirlərini bildirib:

"Mançester Siti" mövsümün ən yaxşı oyununu oynadı. Düşünürəm ki, bəli. Oynamaq istədiyimiz futbol bu idi. Bu, asan olmadı, amma necə davam etməyi bacardığımız inanılmazdır. Xüsusi bir qələbə idi. Ümumilikdə üç xal qazandıq. Mövsüm boyu ardıcıllıq tələb olunur. Biz hər həftə xal qazanmalıyıq”.

Xəbər xətti