"Qarabağ"ın veteran hücumçusu, sabiq məşqçisi Nazim Əliyev Sportal.az saytına açıqlama verib.
Təcrübəli məşqçi Ağdam klubunun Avropa Liqasındakı çıxışını dəyərləndirib.
O, Azərbaycan çempionunun Leverkuzendə "Bayer"ə məğlubiyyəti barədə bunları deyib:
"Qarabağ"ın "Bayer"lə matçda uğurlu çıxışına inanırdım. Lakin hər halda Leverkuzen klubu Bundesliqada liderdir, güclüdür. "Bayer" ilk dəqiqələrdən yüksək pressinq etdi, tempi aşağı salmadı. "Qarabağ" da əlindən gələn qədər mübarizə apardı, amma təəssüf ki, uduzdu. "Qarabağ" avrokuboklarda da necə güclü və səviyyəli komanda olmasnı göstərib. "Bayer"lə oyun geridə qaldı, qarşıda digər matçlar var".
Əliyev, "Qarabağ"ın Bakıda "Bayer"dən xal alacağına inandığını bildirib:
"Qarabağ"a inam həmişə var. İnanıram ki, "Qarabağ"ın Bakıda "Bayer"ə qarşı oyun daha uğurlu alınacaq. Düzdür, burada da asan keçməyəcək. Hər halda, "Qarabağ" qrupdan çıxmağa əsas namizədlərdəndir və məncə, bunu reallaşdıracaqlar".
saytlarin hazirlanmasi