“Atletiko”nun baş məşqçisi Dieqo Simeone tezliklə Madrid klubu ilə yeni üç illik müqavilə imzalayacaq.
Sportal.az “Cope”yə istinadən xəbər verir ki, yeni sözləşmədə müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı bənd olacaq.
Əgər “matrasçılar” Çempionlar Liqasına vəsiqə qazana bilməsə, klub və argentinalı mütəxəssis müqaviləni poza biləcək.
Simeone 2011-ci ildən "Atletiko”nu çalışdırır. 2023/2024 mövsümündə 10 turundan sonra "Atletiko" 25 xalla La Liqada turnir cədvəlində 3-cü yerdədir.
saytlarin hazirlanmasi