Aktiv futbolçu karyerasını başa vuran Zlatan İbrahimoviç “Milan”a qayıda bilər.
Sportal.az “Corriere della Sera”ya istinadən xəbər verir ki, isveçli bu dəfə məşqçi kimi çalışacaq.
O, “Milan"ın sahibi Cerri Kardinalenin təklifini nəzərdən keçirir. İsveçlinin qayıtmasında klubun baş məşqçisi Stefano Pioli də maraqlıdır.
Zlatanın oğulları da “Milan”ın aşağı yaş qrupunda oynayır və tez-tez İtaliyaya uçur. Onun bunu da nəzərə alaraq, klubla rəsmi müqavilə imzalayacağı gözlənilir.
saytlarin hazirlanmasi