"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo "İnter Mayami"nin hücumçusu Lionel Messinin 8-ci "Qızıl top"u qazanması ilə bağlı paylaşıma reaksiya verib.
Sportal.az xəbər verir ki, “AS” qəzetinin baş redaktorun müavini Tomas Ronsero Leonun mükafat almasını ələ salıb. O, Messinin MLS-ə karyerasını başa vurmaq üçün yollandığını bildirib.
Bundan əlavə, ispaniyalı həmkarımız qeyd edib ki, Lionel 6 penalti sayəsində 2022-ci il dünya çempionatını qazanıb. Ronseronun fikrincə, Messi cəmi 5 “Qızıl top” qazanmalı idi, qalanlarına isə Andres İnyesta, Xavi, Robert Levandovski və Erlinq Haaland layiq olub.
Kriştiano Ronaldo isə ispaniyalı jurnalistin bu paylaşımını bəyənib, gülüş işarəsi ilə reaksiya verib.