"İnter" hücum xəttini gücləndirməyə planlaşdırır.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, “nerazzura” “Porto”nun hücumçusu Mehdi Taremiyə maraq göstərir.
Üstəlik, Portuqaliya klubunun rəhbərliyi iranlı hücumçu ilə mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləmək fikrində deyillər.
"İnter" isə bundan yararlanaraq, digər klubları da qabaqlamaq üçün qışda futbolçu ilə müqavilə imzalamağı planlaşdırır. “İnter” 31 yaşlı futbolçuya üç illik müqavilə təklif edəcək.