İsrail rəqiblərini bu ölkədə qəbul edəcək

16:14 - 1 Noyabr 2023

İsrail milli komandasının AVRO-2024-ün seçmə mərhələsinin matçlarını hansı stadionda keçirəcəyi açıqlanıb. 

Sportal.az UEFA-ya istinadən xəbər verir ki, adıçəkilən milli rəqiblərini evdə qəbul edə bilmədiyindən onlarla Macarıstanın Felçsut şəhərində yerləşən "Panço Arena"da qarşılaşacaq. 

Xatırladırıq ki, İsveçrə millisi ilə görüş noyabrın 15-də, Rumıniya millisi ilə matç isə noyabrın 18-də baş tutacaq.

UEFA-nın qərarına əsasən hər iki matçda da azarkeşlər stadiona buraxılacaq.

Qeyd edək ki, İsrail və Fələstin arasındakı müharibəyə görə UEFA birincilərin ev oyunlarını neytral meydanda keçirilməsinə qərar verib.

Xəbər xətti