"Qəbələ"nin legioneri "Neftçi" ilə oyun haqda: "Şanslar bərabərdir"

15:49 - 1 Noyabr 2023

"Sumqayıt"la matçımız yaxşı keçdi, qol epizodları yaratdıq, amma bundan istifadə edə bilmədik. Qalib gəlmək istəyərdik, lakin bir xal qazanmaq da yaxşıdır. Təbii ki, bu görüşdə qələbə bizim üçün ən yaxşısı idi. Çalışmağa davam etməliyik. Bizim yaxşı futbolçularımız, yaxşı komandamız var".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Qəbələ”nin müdafiəçisi Lukas Afriko deyib.

Bölgə klubunun müdafiəçisi komandasının Premyer Liqadakı durumunu şərh edib. Bununla yanaşı, o, “Qəbələ”nin ölkə çempionatının 12-ci turunda “Neftçi”yə qarşı keçiriləcək matçdan gözləntilərini açıqlayıb:

"Neftçi" ilə matçda qələbə qazanmaq şansımız var. Meydana qalibiyyət üçün çıxacağıq. İki yaxşı komanda üz-üzə gələcək. Tərəflərin qələbə qazanmaq şansı bərabərdir. “Neftçi” də yaxşı komandadır, heyətində yaxşı futbolçuları var. Amma mən komandamıza inanıram. Üçüncü pillədən cəmi 10 xal geridəyik, qarşıda çox oyun qalıb. Mübarizəmizi davam etdirəcəyik".

Mirbağırağa

Xəbər xətti