"Liverpul"un argentinalı yarımmüdafiəçisi Aleksis MakAllister müdafiəyə meyilli yarımmüdafiəçi rolunda özünü rahat hiss etdiyini bildirib.
Sportal.az "Liverpool Echo"ya istinadən xəbər verir ki, argentinalı Mersisayd klubundakı performansını dəyərləndirib:
"Son illərdə bir neçə dəfə mövqeyimi dəyişmişəm. Futbolçunun oyunu başa düşməsi vacibdir və bunun üzərində işləməyə çalışıram. Hər şey qaydasındadırsa, siz "altı", "səkkiz" və "on" nömrə rolunda oynaya biləcəksiz. Müdafiəyə meyilli yarımmüdafiəçi kimi oynamaq mənim üçün yeni roldur, amma xoşuma gəlir. Hiss edirəm ki, bu mövqedə oynayıb, komandaya fayda verə bilərəm. Rahatlıqla deyə bilərdim ki, bu mənim mövqeyim deyil. Lakin Yurgen Klopp mənə dəstək olur. Əlimdən gələni etməyə çalışıram. Hazırkı mövqeyimdə daha çox müdafiə olunmalıyam, amma problem deyil. Çünki mən komanda oyunçusuyam”.
Aleksis yay “transfer pəncərəsi”ndə "Brayton"dan "Liverpul"a keçib. 2023/2024 mövsümünün Premyer Liqasında 10 matçda argentinalı 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi