"Atletiko"nun (Madrid) hücumçusu Antuan Qrizmann qışda İspaniyanı tərk edəcək.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, fransalı “Mançester Yunayted”ə keçəcək.
"Qırmızı şeytanlar"ın rəhbərliyinin Antuanın transferini artıq həll etdiyi iddia olunur.
Keçid yanvarda baş tutacaq. Qrizmanın "Atletiko" ilə müqaviləsində onun 25 milyon avro qarşılığında başqa komandaya keçə biləcəyi ilə bağlı bənd var. İngiltərə nəhəngi fransalı üçün lazım olan məbləği ödəyərək onu heyətinə qatacaq.
32 yaşlı futbolçunun "Atletiko" ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədər qüvvədədir.
saytlarin hazirlanmasi