"Arsenal"ın keçmiş futbolçusu, hazırda isə "Zenit"in baş direktor müavini Andrey Arşavin Rusiya millisinin oyunlarını izləməkdə maraqlı olmadığını etiraf edib.
Sportal.az xəbər verir ki, “РБ Спорт”a danışan millinin veteran futbolçusu yığmanın oyunlarına baxmadığını bildirib:
"İdmançı kimi millinin matçlarını izləməkdə maraqlı deyiləm, hansı komanda ilə oynamağımızın da mənim üçün fərqi yoxdur. Futbolçular oynamaqda maraqlı deyil? Bunu onlardan soruşun. Mənim heç bir marağım yoxdur. Bəlkə də, sadə azarkeş üçün milli komandanın oyunçularını beynəlxalq matçlarda görmək vacibdir. Sırf olaraq, mənə konsentrasiya olmaq lazım deyil. Sadəcə, mənə sual verirlər, mən də şəxsi fikrimi bildirirəm".
Xatırladaq ki, 2022-ci ilin qışında FİFA və UEFA Rusiyanın əsas millisini və bütün klublarını beynəlxalq yarışlardan uzaqlaşdırmışdı. 42 yaşlı veteran futbolçu “Zenit”, “Arsenal”, “Kuban”, “Kayrat” klublarında oynayıb. O, 2002-2012-ci illərdə Rusiya millisinin heyətində 75 matça çıxıb 17 qol vurub.
saytlarin hazirlanmasi