Aleksandr Pavloviç "Bavariya" ilə peşəkar müqavilə imzalayıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müqaviləyə əsasən yarımmüdafiəçi 2027-ci il iyunun 30-na qədər Münhen klubuna məxsus olacaq.

Pavloviç "Bavariya"nın yetirməsidir.

O, Bundesliqada əsas komandanın heyətində son turdakı "Darmştadt"la (8:0) görüşdə debüt edib.