Monteneqro qadın futbol komandasının baş məşqçisi Mirko Mariç Millətlər Liqasının C3 qrupunun 4-cü turunda Azərbaycan millisinin Bakıda keçirilən oyunda (0:3) məğlubiyyəti şərh edib.
Sportal.az “CdM” portalına istinadən xəbər verir ki, rəqib komandanın çalışdırıcısı görüşü belə dəyərləndirib:
"0:3 hesabı ilə məğlub olduq. Rəqibi təbrik etməkdən başqa çarəmiz qalmır. İlk hissəni yaxşı keçirdik. Fasilədən sonra şansımızdan istifadə etmədik və tezliklə qol buraxdıq. Bundan sonra kollektiv ruhu itirmiş olduq. Azərbaycan daha yaxşı oynadı və yekunda layiqli qələbə qazandı".
saytlarin hazirlanmasi