Emreli üçün Türkiyə variantı yenidən gündəmdə

17:34 - 1 Noyabr 2023

Milli komandamızın forvardı Mahir Emrelinin yenidən Türkiyəyə yollanmaq variantı ortaya çıxıb.

Sportal.az saytına verilən məlumata görə, Emreli yenidən “Dinamo”dan (Zaqreb) ayrılaraq Türkiyə klublarından birinə icarəyə yollana bilər. “Ankaragücü” azərbaycanlı futbolçunun xidmətində maraqlıdır. 

Lakin Xorvatiya nəhənginin 26 yaşlı futbolçunu Türkiyə klubuna icarəyə verib-verməyəcəyi hələ ki, dəqiq deyil. Lakin paytaxt klubu onun xidmətində maraqlıdır. Emrelini istəyən komandalardan biri isə Belçikanın "Eupen" klubudur. Məhz onlar da millimizin hücumçusunu icarəyə götürmək üçün "Dinamo"ya müraciət edəcək. 

Xəbər xətti