"Qalatasaray"ın futbolçusu Tanquy Ndombele cəzalandırılıb.
Sportal.az "Fotomaç"a istinadən xəbər verir ki, yarımmüdafiəçi əsas komandadan uzaqlaşdırılıb.
Buna səbəb isə onun çəkisinin artmasıdır. Ndombele Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun “Qalatasaray” - "Bavariya" görüşündən sonra oteldəki nömrəsinə hamburger sifariş etməsi isə məşqçilərin səbrini daşırıb.
"Qalatasaray"ın məşqçilər korpusu Ndombeleyə çəkisinin 75 kq-a enməyənə qədər meydana buraxmayacaqlarını söyləyiblər. İstanbul klubu "Tottenhem"dən fransalını bir illik icarəyə götürüb. Böyük ümidlərlə komandaya cəlb edilsə də, hazırda Türkiyə nəhəngi onunla yollarını ayırmağı da götür-qoy edir. Ndombele 2023/2024 mövsümündə 7 görüşdə meydana çıxıb.
saytlarin hazirlanmasi