"Lion"un baş məşqçisi Fabio Qrosso komandanın dünənki məşqində iştirak edib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis Fransa çempionatının “Marsel”lə oyunundan öncə rəqib azarkeşlər tərəfindən klubun avtobusuna hücum zamanı yararlanmış və qaşına 12 tikiş atılmışdı.
Onun köməkçisi gözündən zədə alıb və artıq özünü daha yaxşı hiss edir. Qrosso sosial şəbəkədəki səhifəsində hadisə haqda bunları yazıb:
"Bazar gecəsi baş verənlər faciə ilə bitə bilərdi. Bu, əlbəttə ki, idmana və onu sevən hər kəsə təsir etdi. Bütün qəlbimlə ümid edirəm ki, bu, gələcəyimiz üçün dərs ola bilər. Dəstəyiniz və sevginiz üçün hamınıza təşəkkür edirəm".