"Turan Tovuz"da struktur dəyişikliyi - prezident və icraçı direktor vəzifələri ləğv olundu

18:14 - 1 Noyabr 2023

"Turan Tovuz" struktur dəyişikliyinə gedib.

Sportal.az saytına verilən məlumata görə, klubda prezidentlik və icraçı direktor vəzifələri ləğv edilib. Belə ki, Ehtiram Quliyev klubun idarə heyətinin sədri vəzifəsini davam etdirəcək. Oqtay Abdullayevlə Rəşid Məhərrəmov isə müşavir olacaq. 

Digər vəzifələr üzrə də bölgü aparılıb. Belə ki, Əli Balakişiyev idarə heyətinin sədr müavini, həmçinin infrastruktur və maliyyə üzrə direktor vəzifəsini yerinə yetirəcək. Buna qədər klubda icraçı direktor kimi işləyən Nadir Nəbiyev uşaq futbolunun inkişafı üzrə direktoru olacaq.

Səməd Nəsibova isə idman və əməliyyatlar üzrə direktoru vəzifəsi həvalə edilib.

Xəbər xətti