"Sabah"ın baş məşqçisi Boban Mitev FIBA Avropa Kubokunda "Nimburk"la matçdan sonra fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, şimali makedoniyalı məşqçi komandasının 61:92 hesablı məğlubiyyətini şərh edib:
"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Onlara qarşı oynamaq bizim üçün çətin oldu. "Nimburk" çox sürətli və aqressiv oyun sərgilədi. Çoxlu 3 xallıq atışlar etdilər və müdafiə ribaundları qazandılar. 22 hücum ribaundu, 18 uğursuz sərbəst atış və 23 top itkisi. Məğlubiyyətimizə səbəb bunlardır. Rəqibin aqressiv müdafiəsi bizim üçün problem yaratdı".
saytlarin hazirlanmasi