Minifutbol üzrə Azərbaycan milli komandasının aparıcı futbolçusu Mirmehdi Rzayev Sportal.az saytına müsahibə verib. O, yığma komandamızın dünya çempionatında 1/4 finala vəsiqə qazanması və yarımfinal şanslarından danışıb.
- Milli dünən Portuqaliya üzərində parlaq qələbə qazandı. Matçı ilk dəqiqədən sona kimi üstün oynaya bildiniz. Bu cür üstün olacağınınızı ehtimal edirdin?
- Əlbəttə ki, oyunun ağır keçəcəyini düşünürdük. Elşad müəllim Portuqaliyanın oyununa baxaraq onları analiz etmişdi. Necə oynayacağımızı da bizə bildirmişdi. Biz də onun tapşırdığı taktikanı yerinə yetirərək Portuqaliyanı öz meydançasında sıxdıq. Onları önə çıxmağa qoymurduq. Sonradan da rəqib təzyiqə dözmədi və bizim qolların ardı gəldi. Nəticədə qələbə qazandıq.
- Demək olar ki, milli turnirdəki ən yaxşı oyunununu oynadı?
- Dediyim kimi, Portuqaliyanı yaxşı analiz etmişdik. Nəticəsi də çox gözəl alındı. Qrupdakı üç oyunumuzu da yaxşı səviyyədə keçirmişdik. Sadəcə ilk oyun meydançada amilinə görə istədiyimiz kimi alınmamışdı. Yağış yağmışdı, hamımız sürüşürdük. Ondan sonra digər iki oyunda meydançanı daha yaxşı hiss etdik və get-gedə öz oyunumuzu ortaya qoyduq.
- Bu gün 1/4 finaldakı rəqibi Bolqarıstandır. Bu komandanın 1/8 finalda İngiltərə ilə görüşünü izlədin? Bolqarıstan millisi haqda fikrin necədir?
- Biz özümüz də oyuna baxırdıq. Ancaq əsas işi Elşad Quliyev edir. O, oyunlara baxır, analiz edir, necə oynayacağımızı bizə deyir. Bolqarıstand a çox güclü kollektivdir. Kompakt oyun nümayiş etdirirlər, oyunçularının hamısı fiziki cəhətdən çox yaxşıdırlar. Belə komandalara qarşı yalnız tez oynamaqla 1-2 ötürmə ilə hücuma çıxaraq qələbə qazanmaq olar. Biz də bunu etməyə çalışacağıq. Komandamıza çox inanıram.
- Komandamız bu görüşdə qalib gələrək yarımfinala adlaya biləcək?
- Hazırda favorit bizik. Komandamızda ruh yüksəkliyi var. Bizim Bolqarıstandan qat-qat güclü kollektivimiz var. Onları məğlub edəcəyimizə inanıram.
- Milli komandamızın dünya çempionu olmaq şansları getdikcə daha da yüksəlir. Yəqin ki, qələbələri də qazandıqca özünüz də dünya çempionu olacağınıza daha çox inanırsız? Səncə, şans nə qədərdir?
- Biz hər oyuna qələbə üçün çıxırıq. Təbii ki, hər matçda qələbə olduqca özümüzə inam daha da artır. Hər rəqibə ciddi yanaşırıq, arxayınlaşmırıq. İstəyirik ki, qələbələrin ardı gəlsin. Allah qoysa, buradan vətənə çempion kimi qayıdacağıq.
- Rəqiblərinizin necə, sizdən çəkindiyini hiss edirsiz? Azərbaycan millisi ilə başabaş oynayacaq rəqib var mundialda? Çünki bundan əvvəli matçlarda ancaq millimiz üstünlüklə oynayırdı..
- Qrup matçlarında da, dünənki Portuqaliya görüşündə də meydançaya çıxandakı qələbə qazanmaq istəyimiz, milli ruh digər komandalarda yoxdur. Avropa çempionu olduqdan sonra bütün komandalar bizdən çəkinir. Əlbəttə ki, burada çox yaxşı komandalar var. Hansı ki, bizimlə başabaş oynaya biləcək gücdədir. Çexiya, Rumıniya, Qazaxıstan yığmaları çox güclüdür. Ancaq biz yaxşı hazırlaşmışıq. Allah qoysa, hamısının öhdəsindən gələcəyik.
Mirbağırağa
saytlarin hazirlanmasi