Azərbaycan millisinin üzvü Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" Türkiyə kubokunda 3-cü mərhələnin görüşünə çıxıb.
Sportal.az xəbər verir ki, Bəxtiyarın komandası aşağı liqada mübarizə aparan "Çankaya" ilə üz-üzə gəlib. Qarşılaşma "Tuzlaspor"un 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Belədə, futbolçumuzun komandası kubokdakı iştirakını dayandırıb.
Həsənalızadənin adı iştirak ərizəsinə daxil edilsə də, sona qədər ehtiyatda oturub.
saytlarin hazirlanmasi