“Real” yarımmüdafiəçisi Eduardo Kamavinqaya yeni müqavilə təklif edib.
Sportal.az “AS”a istinadən xəbər verir ki, “kral klubu” fransalının müqavilə müddətini 2029-cu ilin yayına qədər uzadacaq.
Yaxın vaxtlarda tərəflərin razılıq əldə edəcəyi gözlənilir.
Qeyd edək ki, Kamavinqanın hazırkı müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.
20 yaşlı futbolçu 2021-ci ildə "Renn"dən "Real"a keçib.
saytlarin hazirlanmasi