"Neftçi" futbolçularından biri ilə müqavilə müddətini artıracaq.
Sportal.az saytına verilən məlumata görə, “ağ-qaralar” Rəhman Hacıyevlə razılıq əldə edib. Onun müqavilə müddəti daha 1 il artırılacaq.
30 yaşlı futbolçunun “Neftçi” ilə müqaviləsi 2024-cü il mayın 31-də başa çatacaq. Adrian Mutunun baş məşqçi postuna gəlişindən sonra daha çox oynamaq şansı tapan Rəhman hətta ötən turda “Sabah”la görüşə komandanı kapitanlıq sarğısı ilə də çıxarmışdı.
Rumıniyalı məşqçinin Hacıyevin komandada saxlanılmasını istəyib. Rəhman 2015-ci ildə “Qaziantep BB”dən “Neftçi”yə keçmişdi.
saytlarin hazirlanmasi