“Bavariya”nın idman direktoru Kristof Froynd komandanın Almaniya kubokunu sensasion şəkildə tərk etməsinə münasibət bildirib.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, Münhen klubunun rəsmisi 1/16 final mərhələsində “Saarbrükken”ə 1:2 hesablı məğlubiyyət haqda bunları deyib:
“Qəbuledilməz nəticədir. Komandanın necə oldu ki, belə oynadı, başa düşə bilmirəm. İlk hissədə "Bavariya" dəhşətli futbol nümayiş etdirdi. Bu cür futbolla biz ciddi komandalarla rəqabət apara bilməyəcəyik. Çox məyus oldum”.
saytlarin hazirlanmasi