"Bayer" Almaniya kubokunun 1/16 final mərhələsində "Sandhauzen"i məğlub edib (5:2).
Sportal.az xəbər verir ki, bu qələbə sayəsində Leverkuzen təmsilçisi 1/4 finala adlayıb.
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “əczaçılar” həmin qələbə sayəsində 2023/2024 mövsümündə qələbə sayını 13-ə yüksəldib. Belə ki, “Bayer” meydana çıxdığı 14 matçın heç birində (13 qələbə və 1 heç-heçə) uduzmayıb ki, bu da 1979-cu il klubun Bundesliqada çıxış etdiyi vaxtdan bəri rekordudur.
Qeyd edək ki, “Bayer” AL-in üçüncü turunda “Qarabağ”ı 5:1 hesabı ilə məğlub edib. Komandalar arasındakı növbəti görüş noyabrın 9-da Bakıda baş tutacaq.
saytlarin hazirlanmasi