Azərbaycan kubokunda da komandalar Premyer Liqada olduğu kimi meydançaya 7 əcnəbi futbolçu ilə çıxa biləcək.
Sportal.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov deyib.
Bununla yanaşı, PFL rəsmisi Azərbaycan kubokunun sahibinin ölkəmizi yeni mövsümdən Avropa Liqasında təmsil edəcəyini də bildirib: "Hər halda, bu, ölkə kubokuna marağı daha da artıracaq".
Həmçinin, ölkə kubokunda VAR sistemi də tətbiq ediləcək. Lakin bu, yalnız sistem quraşdırılan arenalarda olacaq.
saytlarin hazirlanmasi