"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun püşkünü dəyərləndirib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Abasov komandasının kubokdakı şansları haqda bunları deyib:
"Düşünürəm ki, çox çətin şəbəkəyə düşmüşük. Hərçənd ilk oyunumuzu II Liqa təmsilçilərinin duelinin qalibi ilə keçirəcəyik, ondan sonrakı potensial rəqibimiz də I Liqa təmsilçisi olacaq, amma həm 1/4 final, həm də yarımfinal perspektivində çox çətin bir yol keçəcəyimiz görünür. Finala çıxmaq üçün “Neftçi”, “Sabah”, “Qarabağ” kimi komandaları məğlub etməyimiz lazımdır. Amma Kubok oyunlarının öz xüsusi ab-havası olur. Hədəfimiz maksimum dərəcədə irəliləməkdir. Çıxıb öz oyunumuzu oynayacağıq".
saytlarin hazirlanmasi