"Qalatasaray"ın futbolçusu Saşa Boy İngiltərəyə yollana bilər.
Sportal.az "Fotomaç"a istinadən xəbər verir ki, “Mançester Yunayted” fransalını transfer etmək niyyətindədir.
“Qırmızı şeytanlar”ın skautları Saşa üçün Türkiyəyə yollanaraq "Qalatasaray" - "Beşiktaş" matçını canlı izləyib.
23 yaşlı futbolçu “Renn”in yetirməsidir. O, 2021-ci ildə Türkiyə nəhənginə keçib. Boyun müqavilə müddəti 2025-ci il iyunun 30-da başa çatacaq.
saytlarin hazirlanmasi