21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Latviya yığmasına qarşı keçirəcəyi matçın başlama saatı və stadionu müəyyənləşib.

Sportal.az xəbər verir ki, matç noyabrın 17-də "Dalğa Arena"da keçiriləcək.

Oyuna saat 18:00-da start veriləcək.