Minifutbol üzrə Azərbaycan milli komandasının futbolçusu Rəvan Kərimov Sportal.az saytına müsahibə verib. O, yığma komandamızın mundialdakı çıxışını dəyərləndirib.
- Azərbaycan milli komandası 1/4 finalda Bolqarıstanı mübarizədən kənarlaşdırdı. Matç sizin üçün necə alındı?
- Rəqib güclü idi. Oyunun çətin keçəcəyini bilirdik. Baş məşqçimizin Bolqarıstanın oyununu analiz etmişdi. Biz də onun tapşırıqlarını yerinə yetirdik. Görüş istədiyimiz kimi alındı. İkinci yarıda qolları vurduq, qalib gəldik.
- Artıq yığma yarımfinal mərhələsindədir. Komandanın əsas hədəfi nədir?
- Sevindirici haldır ki, ilk "dördlük"dəyik. Amma biz bura çempionluq üçün gəlmişik. İnanıram ki, istəyimizə son iki matçda qalib gələrək çatacağıq. Bakıya kubokla gəlmək istəyirik. Bunun üçün sona qədər mübarizə aparacağıq.
- Yarımfinaldakı rəqibiniz isə Qazaxıstandır. Bu gün baş tutacaq matçla bağlı fikrin necədir? Səncə, yığma qalib gələcək?
- Bu günkü rəqibimiz turnirin ən iddialı komandalarını məğlub edən Qazaxıstan millisidir. Çox yaxşı komandadır. Amma inanırıq ki, biz onlardan da güclüyük. Bunu bacara bilərik.
- Hər gün meydana çıxırsınız. Yorğunçuluq olmur?
- Əlbəttə ki, yorğunçuluq olur. Lakin biz buna hazırlaşıb BƏƏ-yə gəlmişik. Həm də, həkim və həkim köməkçimiz sağolsunlar, bizə oyuna kimi bərpa olmağa kömək edirlər.
- Dünya çempionluğu Azərbaycanda minifutbolun inkişafı üçün çox önəmli rol oynayacaq?
- Dünya çempionu olmaq hər bir insanın arzusudur. Biz də bunu üçün çox çalışmışıq. Hamı kimi bizim də arzumuzdur. Bu nəticə Azərbaycan minifutbolun daha da inkişafı deməkdir.
Mirbağırağa
saytlarin hazirlanmasi