Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda II Liqanın oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
30.10.2023-cü il tarixində II Liqanın IX turunun “Füzuli” – “Lerik” oyununda “Lerik” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Lerik” klubu 70 manat cərimə edilir (maddə 37);
31.10.2023-cü il tarixində II Liqanın IX turunun “Cəbrayıl” – “Ağdaş” oyununun 44-cü dəqiqəsində “Cəbrayıl” klubunun 14 nömrəli futbolçusu Əliəkbər Şəbiyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Cəbrayıl” klubu 50 manat cərimə edilir (maddə 36.5);
31.10.2023-cü il tarixində II Liqanın IX turunun “Göygöl” – “Sheki City” oyununun 22-ci dəqiqəsində “Sheki City” klubunun 8 nömrəli futbolçusu Xaliq Şabanov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Sheki City” klubu 150 manat cərimə edilir (maddə 39.1);
31.10.2023-cü il tarixində II Liqanın IX turunun “Göygöl” – “Sheki City” oyununda “Göygöl” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” klubu 70 manat cərimə edilir (maddə 37);
31.10.2023-cü il tarixində II Liqanın IX turunun “Göygöl” – “Sheki City” oyununun 64-cü dəqiqəsində “Göygöl” klubunun 14 nömrəli futbolçusu Ülvi Cəlilov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Göygöl” klubu 50 manat cərimə edilir (maddə 36.5);
31.10.2023-cü il tarixində II Liqanın IX turunun “Göygöl” – “Sheki City” oyununun 81-ci dəqiqəsində “Göygöl” klubunun 7 nömrəli futbolçusu Vüqar Əşrəfli ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Göygöl” klubu 50 manat cərimə edilir (maddə 36.5);
31.10.2023-cü il tarixində II Liqanın IX turunun “Göygöl” – “Sheki City” oyununun 75-ci dəqiqəsində “Göygöl” klubunun 1 nömrəli qapıçısı Nicat Əmirxanov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Göygöl” klubu 80 manat cərimə edilir (maddə 41);
31.10.2023-cü il tarixində II Liqanın IX turunun “Göygöl” – “Sheki City” oyununun 82-ci dəqiqəsində “Göygöl” klubunun baş məşqçisi Araz Mansurov köməkçi hakimə fiziki təzyiq göstərdikdən, ardınca təhqir etdikdən sonra meydançaya daxil olaraq matçın baş hakiminə fiziki təzyiq göstərdiyinə, onu təhqir etdiyinə görə 10 oyun cəzalanır, “Göygöl” klubu 2000 manat cərimə edilir (maddə 47.2);
31.10.2023-cü il tarixində II Liqanın IX turunun “Göygöl” – “Sheki City” oyununun 83-cü dəqiqəsində şəxsiyyəti müəyyən olunmamış şəxslərin meydançaya daxil olaraq oyunun hakimlərinə fiziki təzyiq göstərməsi, ardınca baş hakim tərəfindən görüşün yarımçıq dayandırılmasına görə “Göygöl” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir, “Göygöl” klubu 500 manat cərimə edilir və “Göygöl” klubuna növbəti ev oyununu azarkeşsiz keçirmək sanksiyası tətbiq edilir. Bu sanksiya II Liqa oyununa aiddir (maddə 49.1, 23);
31.10.2023-cü il tarixində II Liqanın IX turunun “Göygöl” – “Sheki City” oyununa Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən matç 7 dəqiqə gec başladığına görə “Göygöl” klubu 100 manat cərimə edilir (maddə 72.4);
31.10.2023-cü il tarixində II Liqanın IX turunun “Göygöl” – “Sheki City” oyununun 65 və 83-cü dəqiqələrində “Göygöl” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Göygöl” klubuna xəbərdarlıq edilir (maddə 43.7);
saytlarin hazirlanmasi