"Qarabağ" millimizin üzvü ilə müqavilə müddətini artıracaq

15:48 - 3 Noyabr 2023

"Qarabağ" müdafiəçilərindən biri ilə müqavilə müddətini artırmağı planlaşdırır.

Sportal.az saytına verilən məlumata görə, Azərbaycan millisinin də əsas üzvlərindən birinə çevrilən Rahil Məmmədovla işbirliyinə davam etmək istəyir. 

Məmmədovun müqavilə müddətinin bir illik artırılacağı gözlənilir.

27 yaşlı futbolçunun "Qarabağ"la müqavilə müddəti 2024-cü il iyunun 30-na qədər qüvvədədir.

Adıçəkilən futbolçu 2018-ci ildən "Qarabağ"ın formasını geyinir. O, Ağdam klubundan əvvəl "Neftçi" və "Səbail" komandalarında da çıxış edib. "Qarabağ"da olduğu dönəmdə isə futbolçu "Zirə"də icarə əsasında oynayıb.

Xəbər xətti