Erediviziyanın 3-cü turunun təxirə salınmış matçında “Ayaks” “Volendam”a qalib gəlib (2:0).
Sportal.az xəbər verir ki, matçın 57-ci dəqiqəsində Stiven Berqveyn hesabı açıb. Çuba Akpom 89-cu dəqiqədə meydan sahiblərinin ikinci qolunu vurub.
“Ayaks” 8 xalla turnir cədvəlində 15-ci pillədədir. Amsterdam təmsilçisi Niderland liqasında ikinci, bütün turnirləri isə yaydan bəri ilk qələbəsini qazanıb.
Bundan əvvəl klub son dəfə avqustun 24-də Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Ludoqorets”lə görüşdə (4:1) qalib gəlməyi bacarıb.
saytlarin hazirlanmasi