"Sumqayıt" ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçu cəzalı duruma düşüb.
Söhbət Kamran Əliyevdən gedir. O, Premyer Liqanın 12-ci turunun "Araz-Naxçıvan"la görüşündə sarı vərəqə ilə cəzalandırılıb. Bu isə onun mövsümdəki dördüncü sarı vərəqəsi olub.
Qeyd edək ki, "Sumqayıt" qarşıdakı turda "Neftçi" ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi