"Qarabağ"ın müdafiəçisi: "Psixoloji gərginlik hiss olunurdu deyə, "Kəpəz"lə matçdakı qələbə önəmli idi"

12:18 - 5 Noyabr 2023

"Vacib oyunda qalib gəlməyi bacardıq. Hər halda, "Bayer"lə görüşdən əvvəl bu oyunda qalib gəlməyimiz önəmli idi. Yaxşı oynadıq və nəticədə qalib gəldik".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev deyib.

Ağdam klubunun müdafiəçisinin dediyinə görə, son görüşlərdəki uğursuz nəticələrdən sonra komandada psixoloji gərginlik hökm sürürmüş: "Həm psixoloji, həm də fiziki gərginlik var idi. Əslində, belə olması da normaldır. Çünki Leverkuzenlə oyun üçün yol qət etmişdik, sonra geri qayıtdıq, yorğunçuluq oldu. Məhz bu mənada, "Kəpəz"lə matçda qalib gəlmək çox vacib idi. Ciddi hazırlaşmışdıq. Qalib gəldiyimizə görə şadam. Amma düzü, bu matçda böyük hesablı qələbə qazanmaq haqda düşünmürdük. Yalnız öz oyunumuzu nümayiş etdirməyi düşünürdük. İlk dəqiqədə qol vurduq və davamını da gətirdik".

Sonda isə futbolçu Avropa Liqasının 4-cü turunda "Qarabağ"ın üz-üzə gələcəyi "Bayer" haqda danışıb: "Çox güclü komandadır. İstənilən cinahında güclü oyunçuları var. Reallıqlar var. İnanıram ki, Bakıda yaxşı oyun göstərərək qələbə qazanarıq. Mümkündür. Evdə oynayacağıq, azarkeşlərimizin dəstəyi olacaq".

Mirbağırağa

Xəbər xətti