"Neftçi"nin yayda heyətə cəlb edilmiş legionerləri arasında xüsusilə performansı ilə önə çıxan hələ ki, yoxdur.
Yeni transferlərin gözləniləndən aşağı səviyyədə oynaması Adrian Mutunun da ürəyincə deyil.
Sportal.az saytına verilən məlumata görə, rumıniyalı mütəxəssis xüsusilə də narahat edən Lukas Melanonun gözləniləni verə bilməməsidir.
Lakin klubda argentinalının tam performansını aça biləcəyinə inananlar da az deyil. Melanonun bu cür davam edəcəyi təqdirdə, onunla yolların ayrılması da gözdən keçirilən variantlar arasındadır.
Qeyd edək ki, 30 yaşlı futbolçu "Belqrano", "Lanus", "Portland Timbers", "Atletiko Tukuman", "San Lorenzo", "Sentral Kordoba", "Universidad Katolika", "Nyuesl Old Boys", "Sarmiento" klublarında oynayıb. Argentinalı futbolçu ilə anlaşmanın müddəti 1+1 ildir.
saytlarin hazirlanmasi