İsveç mətbuatı "Yurqorden"in dünən ölkə çempionatının 29-cu turu çərçivəsində "Sirius"a qarşı keçirilmiş oyunu haqda yazarkən, birincilərin mümkün start heyətini müzakirə edib və Musa Qurbanlının çıxışına da toxunublar.
Sportal.az xəbər verir ki, "SvenskaFans.com" portalı azərbaycanlı hücumçunun performansı haqda belə yazıb:
"Yurqorden"in hücumu xəttində məhsuldarlığı zəif Musa Qurbanlı və Noel Milleskoq çıxış edir. Hansı ki, onlar bir-birinə bənzəyir. Hər ikisi mövsümün sonuna yaxın zəifləyiblər. Start heyətində kimin yer alacağına qərar vermək çətindir. Amma hələlik məşqçilər korpusu seçimini azərbaycanlı forvarddan yana edir".
Qeyd edək ki, dünən keçirilmiş görüşdə “Yurqorden” evdə rəqibinə 2:4 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi