"Milan" müdafiə xəttini gücləndirmək niyyətindədir.
Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, "rossonyerlər" "Arsenal"ın futbolçusu Yakub Kiviora maraq göstərir.
23 yaşlı futbolçu qışda Milan klubunun yolunu tutacaq. Polşa millisinin üzvü özü də, “Milan”ın formasını geyinmək istəyir.
Mərkəz müdafiəçisi “Jilina” və “Spetsiya”da oynadıqdan sonra 2023-cü ildə “Arsenal”a keçib. Onun London klubu ilə müqaviləsi 2028-ci il iyunun 30-na qədər qüvvədədir.