"Neftçi" ciddi itki ilə üzləşib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın forvardı Aaron Olanare Premyer Liqanın 12-ci turunun "Qəbələ"yə (0:0) qarşı hazırda davam edən matçında zədələnərək oyunu vaxtından əvvəl tərk edib.

Nigeriyalı forvard ilk yarının son dəqiqələrində ayağını tutaraq özünü yerə atıb.

Olanareni Yeqor Boqomolski əvəzləyib.